Xəbərlər

“Vətənim Azərbaycan” mövzusunda şeir müsabiqəsi
Müsabiqə şərtləri:
☑️ Müsabiqə orta məktəbin 5, 6-ci sinif şagirdləri arasında keçiriləcək.
☑️ Mövzuya uyğun şeir seçiləcək (özünün yazmağına ehtiyac yoxdur) və səsləndiriləcək.
☑️ Şeir minimum 3 bənd, maksimum 6 bənd ola bilər.
☑️ Şagirdin səliqəli formada geyinərək səsləndirdiyi şeir videoya çəkiləcək (ev şəraitində, telefon, kamera fərq etməz).
☑️ Hazır olan videolar 25 noyabr-5 dekabr tarixləri arasında mp4 video formatında, şagirdin adı, soyadı, ata adı, oxuduğu məktəb (şəhər, rayon adı qeyd edilməklə), sinif adı və əlaqə telefonu qeyd edilməklə [email protected] ünvanına göndərilməlidir.
☑️ 5 dekabr saat 16:00-dan sonra göndərilən şeirlər müsabiqədə iştirak edə bilməyəcək.
☑️ Müsabiqə şərtlərini ödəməyən şeirlər dəyərləndirilməyə alınmayacaq.

☑️Müsabiqə 25 noyabr-5 dekabr tarixləri arasında keçiriləcək.

 Müsabiqədə ilk 3 yerə çıxmış qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar:
 Birinci yer qalibinə Mi airdots, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri, Azərbaycan xəritəsi və növbəti sınaq imtahanımızda iştirak edə bilməsi üçün imtahan bileti;
 İkinci yer qalibinə masa lampası, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri və Azərbaycan xəritəsi;
 Üçüncü yer qalibinə sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri və Azərbaycan xəritəsi hədiyyə ediləcək.
 Qaliblərin səsləndirdikləri şeirlər şagirdin adı, soyadı, şəkli, oxuduğu məktəb və sinif qeyd edilməklə sosial şəbəkələrimizdə paylaşılacaq