Xəbərlər

“Şanlı Üçrəngli Bayrağım” mövzusunda keçirdiyimiz rəsm müsabiqəsi yekunlaşmışdır. Müsabiqədə Azərbaycanın müxtəlif kənd, rayon və şəhər məktəblərinin ibtidai sinif şagirdlərindən heç gözləmədiyimiz sayda iştirak oldu. Bir-birindən gözəl əl işləri bizlərdə az da olsa, kiçik “rəssamlarımızın” xəyal dünyası barədə fikir formalaşdırdı. İstər daşıdığı mənası, istərsə də peşəkarcasına hazırlanmaqları ilə münsiflər heyətini çətinə salan bu şəkillər arasından qalibləri seçmək bir az müşkül oldu. Hər bir əl işi bizim üçün dəyərlidir, lakin içərisindən 3 rəsmi fərqləndirməli idik. Qaliblərimiz müəyyən edildi və onların vaildeynləri ilə əlaqə saxlandı. Qaliblərimizi və onlara təqdim ediləcək hədiyyələri sizlərlə paylaşırıq. Hədiyyələr qaliblərimizə çatdıqda isə onların da şəkillərini sizlərlə paylaşacağıq. Rəğbətiniz üçün hər birinizə minnətdarıq!