Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin həyatda
müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur. Çalışmaq üçün
ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti
hazırlamışdır.
“Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq, bu
dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab həm dərsdə, həm
də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir.
Bu vəsaitdə orta məktəb 7-ci sinif dərsliyində verilmiş mövzular geniş təfsilatı ilə aydın şəkildə
izah olunmuş, hər mövzuya uyğun bir neçə tapşırığın həlli göstərilmiş və çalışmalar verilmişdir. Bu
da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Vəsait orta
məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox pratik kitabdır.
İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 7-ci sinif şagirdləri üçün faydalı olacaqdır.