Dəyərli şagirdlərimiz, sizin üçün hazırladığımız bu kitab iki hissədən ibarətdir. Birinci hissə orta məktəb 5-8-ci siniflərin qrammatik mövzularını tam əhatə edir və hər bir qrammatik mövzudan sonra verilmiş test tapşırıqları mövzunun möhkəmlənməsinə kömək edir. İkinci hissədə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün 7-ci və 8-ci sinif orta məktəb dərs vəsaitindəki mətnlərdən çalışma olaraq istifadə edilmişdir. Nəzərə alsaq ki, 9-cu sinif buraxılış sinfidir, hazırladığımız bu kitabdan istifadə etməklə növbəti ildə imtahanlara hazırlaşmağınız daha da rahat olacaq.
Hər birinizə uğurlar arzu edirik!