Təkmilləşdirmə

Əziz və dəyərli şagirdlər!

    Bu kitab ümumtəhsil məktəblərində istifadə ediliən 6-7-ci sinif İngilis dili dərsliyi əsasında hazırlanmışdır. İngilis dilinə olan marağı və tələbatı nəzərə alaraq daha da təkmilləşdirdiyimiz bu dərslik şagirdlərin yorulmadan əyləncəli şəkildə əcnəbi dil öyrənməsini təmin edəcəkdir.

    Bu kitabda 6-cı sinif orta məktəb dərsliyinin mövzularına tam uyğun olaraq yazılmış tapşırıqlar şagirdlərin daha geniş məlumat almasına və mövzuları daha yaxşı anlamasına kömək edəcəkdir.

    Əminik ki, praktiki əhəmiyyət kəsb edən bu vəsait ingilis dilində
elementar biliklər əldə etmələri üçün şagirdlərə böyük köməklik göstərəcəkdir.

    Bütün şagirdlərimizə elm yolunda atdığı addımlarda uğurlar arzulayırıq!