Nəşrlərimiz

Əziz abituriyentlər!
Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də ali məktəblərə qəbul
imtahanıdır. Bu imtahan nəticəsində qəbul olacağınız universitet və qazanacağınız
ixtisas sonralar həyat tərzinizi müəyyənləşdirəcək.
Belə bir vacib imtahana hazırlaşarkən istifadə olunan vəsaitlər düzgün
secilməlidir. Sizə təqdim olunan Güvən nəşriyyatının Kimya Test Bankı ümumtəhsil
məktəblərinin Kimya fənni üzrə tədris proqramları əsasında hazırlanmışdır. Test
tapşırıqları ümumi, qeyri-üzvi və üzvi kimyanın bütün bölmələrini əhatə edir.
Test tapşırıqları müxtəlif kateqoriyalarda (terminoloji, faktoloji, ümumiləşdirmə,
izahat, hesablama, öncəgörmə, təklif olunan fəaliyyət), bəzilərinin tərtibində
cədvəl, qrafik və sxemlərdən istifadə edilərək tərtib olunmuşdur.
I və IV qruplar üçün nəzərdə tutulmuş Kimya Test Bankında 30 başlıq altında
2500 çoxvariantlı, 223 açıq tipli, 366 sxem, cədvəl və qrafik tipli test tapşırıqları
və 4 yeni tipli tapşırıqlar (situasiya sualları), həmçinin 4-ü mövzular üzrə, 3-ü
ümumi olmaqla 7 sınaq imtahanı toplanmışdır.
Bütün abituriyentlərə uğurlar diləyirik!