Nəşrlərimiz

Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövrlərində
daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq
dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri
əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac
duyulur. Bizim hazırladığımız test bankı da bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha
da möhkəmləndirməyə xidmət edəcəkdir. Bankda qapalı (çoxseçimli) və açıq formalı test
tapşırıqları, həmçinin yeni təhsil proqramına - kurikuluma əsaslanan qiymətləndirmə tapşırıqları
da öz əksini tapmışdır.
Təcrübəli pedaqoji kollektiv tərəfindən tərtib edilmiş bu bankın hazırlanmasında test
materiallarından və mətnlərdən istifadə olunmuşdur. Buradakı test tapşırıqları və mətn əsasında
hazırlanmış çalışmalar yeni tədris proqramını tam əhatə edir. Test bankı iki hissədən ibarətdir.
1-ci hissədə IX və XI siniflər üçün müəyyən olunmuş standartlar əsasında buraxılış imtahanına
uyğun mətn nümunələri, dinləmə mətnləri və qəbul imtahanı üçün mətn tapşırıqları öz əksini
tapmışdır. Bu da orta məktəbdə tədris olunmuş, ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş
bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradacaqdır. Ənənəvi
test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavabı bilik və bacarığı
sayəsində şagirdin özü yazmalıdır. Bir sözlə, o öyrəndiyi biliyi bacarığa çevirə bilmək gücündə
olduğunu sübut edəcəkdir. 2-ci hissədə isə 25 başlıq altında toplanmış 2800-dən çox qapalı və
açıq tipli test nümunələri mövcuddur.
Test bankımız buraxılış imtahanlarına, eləcə də qəbul imtahanlarına hazırlaşan şagird və
abituriyentlər üçün etibarlı mənbələrdən birirdir.
İnanırıq ki, bu bank həm müəllimlər, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri üçün
faydalı olacaqdır.