Nəşrlərimiz

Əziz abituriyentlər və yuxarı sinif şagirdləri!
Güvən nəşriyyatının Kimya dərs vəsaiti Sizə kimyanı sevdirmək və qəbul imtahanlarında ən yüksək nəaliyyət əldə etməyiniz məqsədilə hazırlanmışdır. Dərs vəsaitində mövzular şagirdlərin asan qavrayacağı şəkildə sistemləşdirilmiş, mövzu izahını tamamlayan izahlı testlər və mövzunun qavranılmasını yoxlamaq üçün sərbəst çalışmalar verilmişdir. Maddə molekullarının fəza quruluşu və əmələgəlmə sxemləri aydın şəkildə göstərilmiş, reaksiyaların mexanizmlərinin daha yaxşı
qavranılması üçün müxtəlif rənglərdən istifadə edilmiş, bəzi biliklər cədvəllərdə sistemləşdirilmişdir. Dərs vəsaiti qəbul imtahanlarına hazırlaşan abituriyentlərin bütün ehtiyaclarına cavab verəcək səviy-
yədədir.
Sistemli çalışan abituriyentlər üçün kimya ən maraqlı fənlərdən biridir. Bunun üçün hər bir abituriyent
- mövzu izahını diqqətlə oxumalı;
- mövzu izahını tamamlayan izahlı testləri diqqətlə araşdırmalı;
- sərbəst çalışma üçün verilmiş tapşırıqları yerinə yetirməli;
- mövzunu başa düşdükdən sonra çoxlu test həll etməlidir.
Unutmayın ki, istədiyiniz universitetə daxil olmaq sistemli dərs çalışmaq və çoxlu test həll etməklə mümkündür.
İnanırıq ki, Kimya dərs vəsaiti Güvən nəşriyyatının digər nəşrləri kimi qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri və ixtisas müəllimlərinin stolüstü kitabına çevriləcəkdir.
Sizlərə müvəffəqiyyətlər arzulayırıq.