Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün
hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın
ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və
qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də,
bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac
duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha
da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə orta məktəb dərslikləri
əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə tərtib edilmişdir
ki, abituriyentlərin əldə etdiyi bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir.
VI–XI sinif orta məktəb dərsliklərini əhatə edən bu vəsaitimiz inanırıq
ki, həm müəllimlər, həm də abituriyentlər üçün faydalı olacaqdır.