Nəşrlərimiz

Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin
həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur.
Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək
“Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır.
“Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq,
bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab
həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir.
Bu vəsaitdə orta məktəb 7-ci sinif dərsliyində verilmiş mövzular geniş təfsilatı ilə aydın
şəkildə izah olunmuş, hər mövzuya uyğun bir neçə tapşırığın həlli göstərilmiş və çalışmalar
verilmişdir. Bu da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı
asanlaşdıracaqdır. Vəsait orta məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox
pratik kitabdır.
İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 7-ci sinif şagirdləri üçün faydalı
olacaqdır.