Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da
möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin
keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı,
digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı
olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Vəsaitimiz iki bölmədən ibarətdir. I bölmə orta məktəbin 9, 10 və 11-ci siniflərində tədris olunan
mövzuları əhatə edir. Bu mövzular “Ali sinir fəaliyyəti”, “Hüceyrənin biokimyası”, “Sitologiya”,
“Çoxalma.Ontogenez”, “Epidemiologiya”, “Genetika”, “Seleksiya.Biotexnologiya.Mikrobiologiya”,
“Təkamül təlimi”, “Makrotəkamül.Yer üzərində həyatın yaranması”, “Antropogenez” və “Ekologiya.
Biosfer” bölmələrinə aiddir. Hər bölmədə mövzular üzrə yeni təhsil proqramı – kurikuluma əsaslanan
qiymətləndirmə tapşırıqları, qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları dərc edilmişdir.
Vəsaitin II bölməsi yeni imtahan modelinə uyğun 10 sınaq imtahanından ibarətdir. Bu imtahanların
hər birində 30 tapşırıq vardır. Tapşırıqlardan 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq
formalı tapşırıqlardan 5-i hesablama, seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmə, 3-ü isə yazılı şəkildə
cavablandırılması tələb olunan situasiya tipli tapşırıqlardır. Vəsaitin sonunda test tapşırıqları və sınaq
imtahanlarının düzgün cavabları verilmişdir.
İnanırıq ki, vəsaitimiz həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı
olacaqdır.
Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!