Tapşırıqlar toplusu

Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait - bank da bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir.

       Bankımız orta məktəbin 5-11-ci siniflərini əhatə edir. Bankımızda qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları, həmçinin yeni təhsil proqramına – kurikuluma əsaslanan qiymətləndirmə və situasiya tapşırıqları da öz əksini tapmışdır.

            İnanırıq ki, bankımız həm fənn müəllimləri, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.