Məktəb illərindä qazanılan biliyin ali məktəblərä qəbul olmaq üçün hazırlıq dövrlərindä daha da möhkəmləndirilməsi uğurlu nəticəyä nail olmağın än äsas şärtlərindəndir. Hazırlıq dövründä, eləcä dä DİM-in sınaq vä qəbul imtahanlarının tərtibindä orta məktəb dərslikləri äsas götürülsä dä, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinä dä ehtiyac duyulur. Bizim hazırladığımız test bankı da bu sahədä Sizlərä qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyä xidmət edəcəkdir. Bankda qapalı (çoxseçimli) vä açıq formalı test tapşırıqları, həmçinin yeni təhsil proqramına – kurikuluma äsaslanan qiymətləndirmä tapşırıqları öz äksini tapmışdır.
Təcrübəli pedaqoji kollektiv tərəfindən tərtib edilmiş vä I–IV qruplar üçün nəzərdä tutulmuş bu test bankında 28 başlıq altında 2520 test tapşırığı toplanmışdır.
Bankdakı test tapşırıqları yeni tədris proqramları vä dərsliklər äsasında hazırlanmışdır. Mövzuların ardıcıllığı proqramın quruluşuna vä tədris olunma sırasına müvafiqdir. “Maqnit sahəsi. Maqnit induksiyası” bölməsinä qədər bütün test tapşırıqları asan (A), orta (B) vä çätin (C) olmaqla qruplaşdırılmışdır. Abituriyentlər dərsliklərdəki hər bir bölmənin nəzəri materialını öyrəndikdən sonra bu test bankından istifadä edərək biliklərini vä mövzunu nä qədər mənimsədiklərini yoxlaya biləcəklər.
Abituriyentlərä təqdim edilən 680 yeni tipli tapşırıq onlara öz bilik vä bacarığını daha da dərindən yoxlamağa imkan verəcək, bu tip tapşırıqlarla işləmək vərdişlərini formalaşdıracaq.
İnanırıq ki, bu bank həm müällimlər, həm abituriyentlər, həm dä aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.
