Tapşırıqlar toplusu

Hər bir xalqın ədəbiyyatı onun mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bədii ədəbiyyat xalqın həyatını canlı və əyani şəkildə bədii obrazlarla, estetik vasitələrlə əks etdirir. Məhz bu səbəbdən bədii ədəbiyyatı xalqın mənəvi tarixi adlandırmaq mümkündür.

       İnsanlar yeni keyfiyyətlər mənimsədikcə, cəmiyyət inkişaf etdikcə ədəbiyyat da dəyişir, inkişaf edir, bədii-emosional məzmun baxımından zənginləşir. Ədəbiyyatda baş verən bu dəyişikliklər ədəbiyyat fənninin tədrisi ilə bağlı nəşrlərin mütəmadi olaraq yenilənməsi, dövrün bədii maraqlarına uyğun gəlməsi ehtiyacını ortaya çıxarır. Bu ehtiyacın nəticəsi olaraq “Güvən” Nəşriyyatının ərsəyə gətirdiyi Ədəbiyyat tapşırıqlar toplusunu ixtisas müəllimlərinin və abituriyentlərin istifadəsinə təqdim edirik.

       III qrup abituriyentləri üçün nəzərdə tutulmuş Ədəbiyyat tapşırıqlar toplusu 13 bölmədən ibarətdir. Bölmələrin əvvəlində əvvəlcə qiymətləndirmə tapşırıqları, sonra isə qapalı və açıq tipli test tapşırıqları yer almışdır.

       Bildiyimiz kimi, DİM-in keçirdiyi qəbul imtahanında abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq üçün ədəbiyyat fənnindən də mətn suallarını cavablandırmaq tələb olunur. Bunu nəzərə alaraq, tapşırıqlar toplusunda mətn suallarına da yer verilmişdir.

       Yeni hazırladığımız Ədəbiyyat tapşırıqlar toplusu DİM-in qəbul proqramını tam əhatə edir.

                Ümid edirik ki, bu tapşırıqlar toplusu qəbul imtahanına hazırlaşan abituriyentlər üçün faydalı olacaq, istifadəçilərin ədəbiyyat fənni ilə bağlı ehtiyaclarını ödəyəcək.