Tapşırıqlar toplusu

Buraxılış imtahanına hazırlaşan şagirdləri nəzərə alaraq, “Güvən” nəşriyyatının təcrübəli kollektivi tərəfindən Azərbaycan dili fənnindən hazırlanmış bu kitabçanı Sizlərə təqdim edirik. İmtahana hazırlaşana qədər bilik və bacarıqlarınızı bu kitabdakı sınaqların köməyi ilə yoxlayıb, mətn üzərində işləmək qabiliyyətinizi inkişaf etdirərək Azərbaycan dilindən öz nəticənizi, təxmini olaraq, öncədən müəyyən edə biləcəksiniz.
DİM-in müəyyən etdiyi standartlara əsaslanıb, Azərbaycan dili fənnindən 24 sınaq hazırlayaraq sizlərin istifadəsinə veririk. Hər sınaq 30 sualdan ibarətdir. Hər sınaqda
2 mətn - biri bədii, digəri publisistik üslubda hazırlanmışdır. Hər mətnə aid 10 sual – 5-i qapalı test tapşırığı, 5-i yenitipli açıq sual, yerdə qalan 10 sual dil qaydalarına əsaslanmış qapalı tipli test tapşırıqları cavabları ilə birlikdə təqdim olunmuşdur. Həmçinin vəsaitdə buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasında nəzərdə tutulan Azərbaycan dili fənni üzrə alt standartlar da öz əksini tapmışdır. Vəsait orta məktəblərdə V – XI siniflərin tədris proqramına və fənn kurikulumuna uyğun tərtib olunmuşdur.
Ümid edirik ki, bu kitab qəbul imtahanına doğru gedən yolda buraxılış mərhələsini asanlıqla aşa bilmənizə yardımçı olacaqdır. Bu yolda hər birinizə uğurlar arzulayırıq.