Dərs vəsaitləri

Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə
daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir.
Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb
dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq
vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri
daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı (kurikulum)
əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin
orta məktəb dərsliklərindən öyrəndiyi bilikləri tamamlayır, zənginləşdirir və
sistemləşdirir.
Son illərdə ali məktəblərə qəbul olmaq üçün abituriyentlərdən daha yüksək bilik və
bacarıq tələb edilir. Fizika fənnindən qəbul imtahanına hazırlaşan abituriyentlər üçün bu
məsələ daha çox əhəmiyyətlidir. Güvən nəşriyyatı tərəfindən Sizə təqdim olunan bu vəsait
qəbul imtahanına hazırlaşanlar üçün universal vəsaitlərdən biridir.
Onu da qeyd edək ki, fizika ən maraqlı təbiət elmlərindən biridir. Sistemli çalışan
hər bir abituriyent mövzu izahını diqqətlə oxuyaraq onu mənimsəməli, mövzunu başa
düşdükdən sonra çoxlu tapşırıq edərək mənimsədiyi bilikləri möhkəmləndirməlidir.
Unutmayın ki, istədiyiniz ali məktəbə daxil olmaq sistemli dərs çalışmaq və çoxlu
tapşırıq həll etməklə mümkündür.
Sizlərə müvəffəqiyyətlər arzulayırıq.