Haqqımızda

Nəşriyyat haqqında

"Güvən Nəşriyyatı MMC" 2014-cü ildən fəaliyyətə başlamışdır. Nəşriyyatımızın əsas fəaliyyət istiqaməti abituriyent hazırlığı (9, 10 və 11-ci siniflər üzrə) üçün dərs vəsaitləri, test bankları və aylıq sınaq imtahanları hazırlamaqdır. Hal-hazırda nəşriyyatımızın abituriyent hazırlığı üzrə 10 adda dərs vəsaiti və 13 adda test bankı çapdan çıxmış və istifadəyə verilmişdir. Həmçinin il ərzində keçirdiyimiz mövzu və ümumi sınaq imtahanları vasitəsilə abituriyentlərə onların ümumi hazırlıq vəziyyətləri haqqında məlumat əldə etməyə yardım edirik.

Bundan əlavə nəşriyyatımız orta məktəbin 5-8-ci sinifləri üçün təkmilləşdirmə xarakteri daşıyan aylıq sınaq imtahanları da hazırlayır. Bu sınaq imtahanları yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış dərsliklərə istinadən hazırlanır. İmtahan nəticələri müvəffəqiyyət faizi ilə hesablanır və şagirdlərə mövzular üzrə çətinlik çəkdiyi yerləri görməyə yaxından kömək olur.

Nəşriyyatımız həmçinin Türkiyə ali məktəblərinə hazırlaşanlar üçün YÖS imtahanları və magistratura pilləsinə hazırlaşan sonuncu kurs tələbələri və bakalavrlar üçün magistr sınaqları da hazırlayır.

İmtahanlarımız bizimlə əməkdaşlıq edən hazırlıq kursları, tədris mərkəzləri və ya publik şəxslər tərəfindən keçirilir.

Nəşriyyat olaraq əsas hədəfimiz orta məktəb şagirdi, abituriyent və ya bakalavr olmağından asılı olmayaraq çıxdıqları bu keşməkeşli yollarda onlara dəstək olmaqdır.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB