Riyaziyyat TEST BANKI (III-IV qruplar üçün)


Əziz abituriyentlər!

 

            Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də ali məktəblərə qəbul imtahanıdır. Bu  imtahan nəticəsində qəbul olacağınız universitet və qazanacağınız ixtisas sonralar həyat tərzinizi müəyyənləşdirəcək.

            Əlbəttə, belə bir vacib imtahana çox ciddi hazırlaşmaq lazımdır. Güvən nəşriyyatı tərəfindən Sizə təqdim olunan bu test bankı ali məktəblərə qəbul imtahanına hazırlaşmaq üçün ən yaxşı vəsaitlərdən biridir.

            Bu test bankı III və IV qruplar üçün nəzərdə tutulub. Test bankında 30 mövzu (20-si cəbr, 10-u həndəsə) başlığı altında 3280 qapalı və açıq test tapşırığı toplanmışdır.

            Suallar hər mövzu başlığı altında asandan çətinə doğru iki hissədə verilmişdir (Test A asan suallar və Test B nisbətən çətin suallar olmaqla).

            Ümidvarıq ki, abituriyentlər üçün praktiki əhəmiyyət kəsb edən bu vəsait qəbul imtahanına hazırlaşmaqda daha çox faydalı olacaq.

            Sizi Güvən nəşriyyatına aid olan bu test bankı ilə baş-başa buraxır və universitetə gedən yolda hamınıza uğurlar diləyirik.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB