Riyaziyyat DƏRS VƏSAİTİ


Əziz abituriyentlər!

Son illərdə ali məktəblərə qəbul olmaq üçün abituriyentlərdən daha yüksək bilik

və bacarıq tələb edilir. Riyaziyyat fənnindən qəbul imtahanına hazırlaşan abituriyentlər

üçün bu məsələ daha çox əhəmiyyətlidir. Çünki onlardan cəbr və həndəsənin

bölmələrini əhatə edən ümumi biliklərin mənimsənilməsi tələb olunur. Bu səbəbdən

cəbr və həndəsənin bölmələrini özündə əks etdirən bir vəsaitin nəşr olunmasına ehtiyac

duyuldu. Güvən nəşriyatı tərəfindən Sizə təqdim olunan Riyaziyyat vəsaiti qəbul imtahanına

hazırlaşanlar üçün universal vəsaitlərdən biridir. Belə sistemli yanaşma

riyaziyyat fənnindən bilik və bacarıqların inkişaf etdirilməsi, mövzulararası və fənlərarası

əlaqələrin müəyyən edilməsi, biliyin yoxlanılması və qiymətləndirilməsində

xüsusilə əhəmiyyətli rol oynayır.

Riyaziyyatın bütün bölmələrini əhatə edən bu vəsaitdə mövzuların izahı və həmin

mövzular ilə baõlı izahlı testlər verilmişdir. Vəsaitin belə bir üslubda yazılması abituriyentlərin

mövzuları daha da dərindən mənimsəməsinə kömək edəcək.

Ìnanırıq ki, bu üstünlüklərinə görə vəsait Güvən nəşriyatının digər nəşrləri kimi

qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri və ixtisas müəllimlərinin stolüstü

kitabına çevriləcəkdir.

Ali məktəblərin çətin yollarında Sizlərə müvəffəqiyyətlər arzulayırıq!

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB