Liseylərə hazırlıq DƏRS VƏSAİTİ


Əziz orta məktəb şagirdləri!   

Güvən nəşriyyatı tərəfindən sizə təqdim olunan bu kitab liseylərin qəbul imtahanına hazırlaşmaq üçün ən yaxşı vəsaitlərdən biridir. Vəsaitdə V və VI sinif dərsliklərindəki mövzular qısa və aydın şəkildə izah olunmuş, mövzularla bağlı test nümunələri verilmişdir. Kitab orta məktəb dərslikləri əsasında tərtib olunmuşdur.

       Təhsil sisteminin mütərəqqi inkişaf meyilləri və tələblərinin nəzərə alınmasına, şagirdlərin təhsili ilə bağlı maraqlarının hərtərəfli təmin edilməsinə xüsusi diqqət yetirilir. Buna görə də Güvən nəşriyyatı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən hər bir dəyişikliyi ölkədə qəbul işini təkmilləşdirmək konsepsiyasının zəruri mərhələsi və tərkib hissəsi kimi qəbul edir.

       Ümidvarıq ki, şagirdlər üçün praktiki əhəmiyyət kəsb edən bu vəsait liseylərə hazırlaşan şagirdlər üçün çox faydalı olacaq və Güvən nəşriyyatının rəğbət qazanmış digər nəşrləri kimi şagird və müəllimlərin stolüstü kitabına çevriləcəkdir. Hər yeni nəşrində təkmilləşdiriləcək olan bu vəsait haqqında təklif və iradlarını bildirən şəxslərə əvvəlcədən təşəkkürlərimizi bildiririk.

            Sizi bu kitab ilə baş-başa buraxır və liseylərə gedən yolda hamınıza uğurlar diləyirik.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB