Kimya DƏRS VƏSAİTİ


Əziz abituriyentlər!

Güvən nəşriyyatının Kimya dərs vəsaiti Sizə kimyanı sevdirmək və qəbul

imtahanlarında ən yüksək nəaliyyət əldə etməyiniz məqsədilə hazırlanmışdır. Dərs

vəsaitində mövzular şagirdlərin asan qavrayacağı şəkildə sistemləşdirilmiş, mövzu

izahını tamamlayan izahlı testlər və mövzunun qavranılmasını yoxlamaq üçün sərbəst

çalışmalar verilmişdir. Maddə molekullarının fəza quruluşu və əmələgəlmə sxemləri

aydın şəkildə göstərilmiş, reaksiyaların mexanizmlərinin daha yaxşı qavranılması üçün

müxtəlif rənglərdən istifadə edilmiş, bəzi biliklər cədvəllərdə sistemləşdirilmişdir.

Dərs vəsaiti qəbul imtahanlarına hazırlaşan abituriyentlərin bütün ehtiyaclarına cavab

verəcək səviyyədədir.

Sistemli çalışan abituriyentlər üçün kimya ən maraqlı fənlərdən biridir. Bunun üçün

hər bir abituriyent

- mövzu izahını diqqətlə oxumalı;

- mövzu izahını tamamlayan izahlı testləri diqqətlə araşdırmalı;

- sərbəst çalışma üçün verilmiş tapşırıqları yerinə yetirməli;

- mövzunu başa düşdükdən sonra çoxlu test həll etməlidir.

Unutmayın ki, istədiyiniz universitetə daxil olmaq sistemli dərs çalışmaq və çoxlu

test həll etməklə mümkündür.

İnanırıq ki, Kimya dərs vəsaiti Güvən nəşriyyatının digər nəşrləri kimi qəbul

imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri və ixtisas müəllimlərinin stolüstü

kitabına çevriləcəkdir.

Sizlərə müvəffəqiyyətlər arzulayırıq.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB