İngilis dili TEST BANKI


Əziz abituriyentlər və yuxarı sinif şagirdləri!

       Sizə Güvən nəşriyyatı ingilis dili test bankının yeni nəşrini təqdim edirik. Siz qəbul imtahanına çox ciddi şəkildə hazırlaşmalı və daha çox nəzəri bilikləri praktik istiqamətli test tapşırıqlarında tətbiq etmək, düşünüb nəticə çıxarmaq bacarıqlarına sahib olmalısınız.

       Bu test bankı ali məktəblərə qəbul imtahanına hazırlaşanlar üçün ingilis dilindən bilik səviyyələrini üzə çıxarmaq üçün tərtib olunan ən yaxşı vəsaitlərdən biridir. Test bankında tərtib olunmuş test tapşırıqları abituriyentlərin dilçiliyin əsas sahələrindən biri olan qrammatika və leksika sahəsində qazandıqları bilik, bacarıq və vərdişləri oxuyub anlamaq, düşünüb məntiqi nəticə çıxarmaq və dildən bir ünsiyyət vasitəsi kimi istifadə etmək qabiliyyətinin üzə çıxarılması məqsədi daşıyır.

       Son illər qəbul imtahanlarında leksika sahəsində bilikləri yoxlayan və məntiqi düşüncəyə əsaslanmağı tələb edən test tapşırıqlarının sayı artmışdır. Bu səbəbdən test bankı yeni nəşrində qəbul imtahanlarında olan son dəyişiklik və yeniliklər nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Test bankı bir heyət işidir. Uzun illərdir ali məktəblərə müvəffəqiyyətlə abituriyentlər hazırlayan təcrübəli mütəxəssis-müəllim heyəti tərəfindən tərtib edilən bu vəsaitdə 20 əsas başlıq altında toplanan 2360 test tapşırığı və 200 sualdan ibarət açıq tipli testlər sizlərə təqdim olunur. Bundan əlavə kitabın sonuna nəşriyyatımızın ingilis dili fənni üzrə əvvəlki tədris ilində istifadə olunmuş sınaqları (650 sual) əlavə olunmuşdur. Bu sınaqlar sizə qrammatik mцvzuları təkrarlamaqla yanaşı, eyni zamanda ən azı 2300 yeni sцzü mənimsəməyinizə kцmək edəcək.

       Ümidvarıq ki, praktiki əhəmiyyət kəsb edən bu vəsait abituriyent və yuxarı sinif şagirdlərinə цz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişinə yiyələnməyə, testlərin quruluşu ilə tanış olmağa və цyrənilmiş materialların daha dərindən mənimsənilməsinə kцmək edəcəkdir.

       Hər yeni nəşrində təkmilləşdiriləcək olan bu vəsait haqqında təklif və iradlarını bildirən şəxslərə əvvəlcədən təşəkkürlərimizi bildirir və universitetə gedən yolda hamınıza uğurlar diləyirik.

 

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB