İngilis dili DƏRS VƏSAİTİ


Əziz abituriyentlər!

Abituriyentlər və yuxarı sinif şagirdləri üçün hazırlanmış bu vəsait qəbul

proqramının məzmun və tələblərinə cavab verir.

Dərslikdə son zamanlarda testologiyada baş verən bütün proseslər,

dəyişikliklər öz əksini tapmışdır. Kitabda əsas qrammatik mövzulardan sonra

onları möhkəmləndirmək üçün çalışmalar verilmiş, müəyyən mövzulardan sonra

isə yoxlama məqsədilə izahlı testlər və 200 test tapşırığı əlavə edilmişdir. Qəbul

imtahanlarında artan leksik sualların sayını nəzərə alaraq ilk mövzulardan

sonra söz ehtiyatını zənginləşdirmək üçün mövzu sonlarında ümumilikdə 1400

sözdən ibarət lüğət də verilmişdir.

Yenə də qeyd etməliyik ki, bu vəsait dərslikləri əvəz etmir. Sizə təqdim etdiyimiz

bu kitab şagirdlərin orta məktəbdə öyrəndiyi biliklərin möhkəmləndirilməsinə,

gücləndirilməsinə xidmət edir. Ümidvarıq ki, şagirdlər üçün praktiki əhəmiyyət

kəsb edən bu vəsait ali məktəbə hazırlaşan hər bir abituriyent üçün çox faydalı

olacaq və Güvən nəşriyyatının digər nəşrləri kimi şagird və müəllimlərin stolüstü

kitabına çevriləcəkdir.

Hər yeni nəşrində təkmilləşdiriləcək olan bu vəsait haqqında təklif və

iradlarını bildirən şəxslərə əvvəlcədən təşəkkürlərimizi bildiririk.

Güvən nəşriyyatı bu kitabı ixtiyarınıza verir və ali məktəbə gedən yolda

hamınıza uğurlar diləyirik.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB