Fizika TEST BANKI


Əziz abituriyentlər!

            Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də ali məktəblərə qəbul imtahanıdır. Bu  imtahan nəticəsində qəbul olacağınız universitet və qazanacağınız ixtisas gələcək həyat tərzinizi müəyyənləşdirəcək.

            Əlbəttə, belə vacib imtahana çox ciddi hazırlaşmaq lazımdır. Bildiyiniz kimi, 25 ildir ki, ölkəmizdə biliyin qiymətləndirilməsi, daha dəqiq desək, ali məktəblərə qəbul imtahanı test üsulu ilə həyata keçirilir. Yaxşı nəticə əldə etmək üçün testlərlə işləməyin çox vacib olduğunu nəzərə alan Güvən nəşriyyatı hər fənnə aid test tapşırıqları toplusu nəşr etdirir. Güvən nəşriyyatı tərəfindən Sizə təqdim olunan bu Test bankı ali məktəblərə qəbul imtahanına hazırlaşmaq üçün ən yaxşı vəsaitlərdən biridir.

            Təcrübəli mütəxəssis-müəllim heyəti tərəfindən tərtib edilən bu bankda son illərin test materiallarından istifadə olunmuşdur. I-IV qruplar üçün nəzərdə tutulan bu test bankında 30 başlıq altında 2460 test tapşırığı toplanmışdır.

            Bankdakı test tapşırıqları yeni tədris proqramları və dərsliklər əsasında hazırlanmışdır. Mövzuların ardıcıllığı proqramın quruluşuna və tədris olunma sırasına müvafiqdir. “Maqnit sahəsi Maqnit induksiyası” bölməsinə qədər bütün test tapşırıqları asan (A), orta (B) və çətin (C) olmaqla qruplaşdırılmışdır. Abituriyentlər dərsliklərdəki hər bir bölmənin nəzəri materialını öyrəndikdən sonra bu test bankından istifadə edərək biliklərini və mövzunu nə qədər mənimsədiklərini yoxlaya biləcəklər.

            Abiturıyentlərə hər mövzuya aid təqdim edilən 312 açıq tipli test nümunələri də onlara öz bilik və bacarığını daha da dərindən yoxlamağa imkan verəcək, onlarda bu tip testlərlə işləmək bacarıq və vərdişləri formalaşacaq.

            Ümidvarıq ki, abituriyentlər üçün praktiki əhəmiyyət kəsb edən bu vəsait qəbul imtahanına hazırlaşarkən çox faydalı olacaq, abituriyent və müəllimlərin sevimli kitabına çevriləcəkdir.  Sizi Güvən nəşriyyatı olan Fizika Test bankı ilə baş-başa buraxır və universitetlərə gedən yolda hamınıza uğurlar diləyirik.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB