Ədəbiyyat TEST BANKI


Əziz abituriyentlər!

 

            Hər bir xalqın ədəbiyyatı onun mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bədii ədəbiyyat xalqın həyatını canlı və əyani şəkildə bədii obrazlarla, estetik vasitələrlə əks etdirir. Məhz bu səbəbdən bədii ədəbiyyatı xalqın mənəvi tarixi adlandırmaq mümkündür.

            Ìnsanlar yeni keyfiyyətlər mənimsədikcə, cəmiyyət inkişaf etdikcə ədəbiyyat da dəyişir, inkişaf edir, bədii-emosional məzmun baxımından zənginləşir. Ədəbiyyatda baş verən bu dəyişikliklər ədəbiyyat fənninin tədrisi ilə bağlı nəşrlərin mütəmadi olaraq yenilənməsi, dövrün bədii maraqlarına uyğun gəlməsi ehtiyacını ortaya çıxarır. Bu ehtiyacın nəticəsi olaraq Güvən  nəşriyyatının ərsəyə gətirdiyi Ədəbiyyat test bankını ixtisas müəllimlərinin və abituriyentlərin istifadəsinə təqdim edirik. Ümid edirik ki, bu test bankı qəbul imtahanına hazırlaşan abituriyentlər üçün olduqca faydalı olacaq, istifadəçilərin ədəbiyyat fənni ilə bağlı ehtiyaclarını tam şəkildə ödəyəcək.      

            III qrup abituriyentləri üçün nəzərdə tutulmuş Ədəbiyyat test bankında 31 başlıq altında 2000 çoxvariantlı, 1 başlıq altında isə 200 açıq tipli test tapşırığı toplanmışdır.

            Bütün abituriyentlərə uğurlar diləyirik!   

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB