Coğrafiya TEST BANKI


Əziz abituriyentlər!

            Coğrafiya ən qədim elm sahələrindən biridir. O, qədim olduğu qədər həm də müasir elm sayılır. Belə ki, zaman keçdikcə Coğrafiya elmi yenilənir, digər elm sahələri ilə əlaqələri genişlənir. Bu dəyişikliklər Coğrafiya fənninin tədrisi ilə bağlı nəşrlərin vaxtaşırı yenilənməsi zərurətini yaradır. Odur ki, Güvən nəşriyyatının Coğrafiya test bankını sizlərə təqdim edirik. Ümid edirik ki, bu nəşr sizlər üçün faydalı olacaq, ehtiyac və tələblərinizi ödəyəcəkdir.

            Təcrübəli mütəxəssis-müəllim heyəti  tərəfindən hazırlanmış Coğrafiya test bankında 3340 çoxseçimli və 255 açıq tipli test tapşırığı toplanmışdır. 13 bölmədən ibarət olan test bankında I-XII bölmələrdə  çoxseçimli testlərdən istifadə olunmuş, XIII bölməyə isə abituriyentlərin məntiqi təfəkkürünü, səbəb nəticə əlaqələrini yoxlamağa imkan verən açıq test nümunələri əlavə edilmişdir.

            Bankdakı test tapşırıqları yeni tədris proqramları və dərsliklər əsasında hazırlanmışdır. Mövzuların ardıcıllığı onların tədris olunma sırasına müvafiqdir. Abituriyentlər dərsliklərdəki hər bir bölmənin nəzəri materialını öyrəndikdən sonra test bankından istifadə edərək biliklərini və mövzunu nə qədər mənimsədiklərini yoxlaya biləcəklər.

            Güvən nəşriyyatı bu çətin yolda bütün abituriyentlərə uğurlar arzulayır!

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB