Coğrafiya DƏRS VƏSAİTİ


Əziz abituriyentlər!

Müasir dövrdə ali məktəblərin qəbul imtahanına hazırlaşan abituriyentlərdən

hərtərəfli bilik və bacarığa yiyələnmək tələb olunur. Təcrübəli müəllimlər tərəfindən

ərsəyə gətirilmiş bu vəsait tələbə namizədlərinə lazım olan biliklərin əldə olunması və

bacarıqların inkişaf etdirilməsi məqsədini güdür.

Vəsait Azərbaycan Respubkilasının Təhsil Nazirliyinin nəşr etdirdiyi dərsliklərə

və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul proqramına uyğundur.

Kitab 6 bölmədən və lüğətdən ibarətdir.

I Ümumi fiziki coğrafiya

II Materiklərin və okeanların fiziki coğrafiyası

III Azərbaycan Respublikasının fiziki coğrafiyası

IV Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası

V Dünyanın iqtisadi və sosial coğrafiyası

VI Türk dünyası coğrafiyası

Vəsaitdə mövzuların sistemli və aydın şəkildə izah olunması abituriyent üçün vaxta

qənaət etmək imkanı yaradır. Çoxsaylı rəngarəng cədvəl, qrafik, şəkil və xəritələr izahın

obrazlılığını təmin etməklə, mövzuların mənimsənilməsini xeyli asanlaşdırır və yadda

saxlanılmasına kömək edir.

Abituriyentlərin coğrafiyanın bəzi mövzularına aid olan çalışmaları həll etməkdə

çətinlik çəkdiyini nəzərə alan müəlliflər izahlı testlərdən istifadə etmişlər.

Bu vəsaitdən abituriyentlərlə yanaşı, coğrafiya müəllimləri və ümumtəhsil

məktəblərinin VI-XI sinif şagirdləri də istifadə edə bilərlər.

Əziz müəllimlər və abituriyentlər! Bu nəşrə diqqətlə yanaşmağınızı və ümumi

işimizə kömək naminə dərslikdəki materiallarla bağlı rəy, tənqidi qeydlər və

təkliflərinizi bildirməyinizi xahiş edirik.

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB