Biologiya TEST BANKI


Əziz abituriyentlər!

Son illərdə ali məktəblərə qəbul olmaq üçün abituriyentlərdən daha yüksək bilik və bacarıq tələb edilir.

Biologiyadan qəbul imtahanına hazırlaşan abituriyentlər üçün bu məsələ daha çox əhəmiyyətlidir. Çünki

Biologiya sualları bilik və bacarıq ilə yanaşı onların ümumiləşdirmə qabiliyyətlərini, məntiqi təfəkkürünü də

ölçür. Ona görə abiturıyentlərin qəbul proqramına uyğun və çoxlu sayda test tapşırığı həll edərək imtahana

ciddi hazırlaşmalıdır. Bu baxımdan Güvən nəşriyyatının Sizə təqdim etdiyi Biologiya Test Bankı qəbul imtahanına hazırlaşanlar üçün ilk universal vəsaitlərdən biridir.

Bu Test Bankında yeni tərdis proqramlarına uyğun tərtib olunan 4400 test tapşırığı qəbul proqramının

bütün bölmələrini əhatə edən 30 əsas başlıq altında toplanmışdır. 4 əsas bölmə üzrə təqdim edilən 200 açıq

tipli test nümunələri isə Sizə öz bilik və bacarığınızı yoxlamağa imkan verir və belə testlər haqqında daha aydın

təsəvvür formalaşdırır. Bu da vəsaiti digər test banklarından fərqləndirən ən mühim xüsusiyyətlərdəndir.

Biologiyanın bütün bölmələrini əhatə edən bu vəsaitdə mövzuların ardıcıllığı tədris proqramının quruluşuna

və dərsliklərə uyğundur. Odur ki, abituriyentlər dərslikdəki hər bir bölmənin nəzəri materialını

öyrəndikdən sonra bu test bankından istifadə edərək mövzuları operativ şəkildə təkrar etmək, mövcud bilikləri

daha yaxşı mənimsəmək və sistemləşdirmək imkanı qazanacaqlar. Abituriyentlər hər biri 25 test tapşırığından

ibarət mövzu və ümumi sınaqların köməyi ilə öz bilik və bacarıqlarını yoxlayıb qiymətləndirə biləcəklər.

Sizin müvəffəqiyyətinizi öz müvəffəqiyyətimiz kimi görür və həyatınızın mühüm dönüş nöqtələrindən

biri olan bu çətin imtahanda Sizlərə uğurlar arzulayırıq!

Copyright © Güvən 2016.All right reserved
Design by Devitems, Development AzInWEB