Xəbərlər

“Vətənim Azərbaycan!” mövzusunda elan etdiyimiz şeir müsabiqəsi yekunlaşdı.

“Vətənim Azərbaycan!” mövzusunda elan etdiyimiz şeir müsabiqəsi yekunlaşdı. Vətən sevgisi ilə cuşa gələn şagirdlərin səsləndirdikləri şeirlər bizi həm duyğulandırdı, həm də fərəhləndirdi. Bir neçə ələmə mərhələsindən keçən ifalardan qalibləri müəyyənləşdirdik. Müsabiqə şərtlərinə görə 3 yerə qalib seçməli idik. Lakin səsləndirmələr arasında son ələmədən dörd şagirdin ifası xüsusi fərqləndi. Biz də bu dörd şagirdin dördünü də qalib elan etdik. Beləliklə, 3-cü yerə iki şagird qalib olaraq seçildi.
Müsabiqədə iştirak edən hər bir şagirdə, onlara Vətən sevgisini bu cür gözəl formada aşılayan valideyn və müəllimlərinə təşəkkür edirik. Müsabiqədə iştirak edən hər bir şagirdin ifası bizim könlümüzdə qalib oldu. İnanırıq ki, siz də bu ifaları eşitsə idiniz, bizim kimi düşünərdiniz.
Müsabiqə iştirakçılarını da düşünərək onlar üçün təşəkkürnamə hazırlayaraq bu gündən etibarən mail ünvanlarına göndərəcəyik. Həmçinin sosial şəbəkələrdə də bu təşəkkürnaməni paylaşaraq iştirakçı şagirdlərimizin hər birinə təkrar təşəkkürlərimizi bildiririk!
✅ Qaliblərin səsləndirdikləri şeirlər məlumatları ilə birlikdə paylaşılacaq.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.