“Şəhidlər ölməz” mövzusunda esse müsabiqəsi
44 günlük Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizə ithaf olunur.
Müsabiqə şərtləri: Müsabiqə orta məktəbin 7, 8-ci sinif şagirdləri arasında keçiriləcək.
Mövzuya uyğun esse yazılacaq.
Esse minimum bir A4 kağızı, maksimum isə iki A4 kağızı həcmində ola bilər (Əlyazma şəklində də yazıb göndərə bilərsiniz).
Əlyazma formasında yazılan esselər oxunaqlı xətlə yazılmalıdır.
Hazır olan esselər 20 dekabr 2020-10 yanvar 2021 tarixləri arasında scanerdən keçirilərək və ya şəkli çəkilərək, şagirdin adı, soyadı, ata adı, oxuduğu məktəb (şəhər, rayon adı qeyd edilməklə), sinif adı və əlaqə telefonu qeyd edilməklə guvensite@gmail.com ünvanına göndərilməlidir.
10 yanvar saat 16:00-dan sonra göndərilən esselər müsabiqədə iştirak edə bilməyəcək.
Müsabiqə şərtlərini ödəməyən (oxunaqlı xətlə yazılmayan əlyazmalar, keyfiyyətsiz – oxuna bilinməyəcək formada göndərilən) esselər dəyərləndirilməyə alınmayacaq.
Müsabiqə 20 dekabr 2020-10 yanvar 2021 tarixləri arasında keçiriləcək.
Müsabiqədə ilk 3 yerə çıxmış qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar:
Birinci yer qalibinə smart saat, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri və növbəti sınaq imtahanımızda iştirak edə bilməsi üçün imtahan bileti;
İkinci yer qalibinə blutuzlu qulaqlıq, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri;
Üçüncü yer qalibinə sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi və “Güvən” nəşriyyatı dəftəri hədiyyə ediləcək.
Qaliblərin esseləri şagirdin adı, soyadı, şəkli, oxuduğu məktəb və sinif qeyd edilməklə sosial şəbəkələrimizdə paylaşılacaq.
© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.