Xəbərlər

Müsabiqə - Şanlı üçrəngli bayrağım!

Müsabiqə şərtləri:

Müsabiqə orta məktəbin 2, 3 və 4-cü sinif şagirdləri arasında keçiriləcək.
Rəsmlər sulu boya və ya rəngli karandaşla, A3 və ya A4 kağız formatında çəkiləcək.
Çəkilmiş rəsmlər 1-10 noyabr tarixləri arasında scanerdən keyfiyyətli formada keçirilərək, şagirdin adı, soyadı, ata adı, oxuduğu məktəb (şəhər, rayon adı qeyd edilməklə), sinif adı və əlaqə telefonu qeyd edilməklə guvensite@gmail.com ünvanına göndərilməlidir.
10 noyabr saat 16:00-dan sonra göndərilən rəsmlər müsabiqədə iştirak edə bilməyəcək.
Müsabiqə şərtlərini ödəməyən rəsmlər dəyərləndirilməyə alınmayacaq.

Müsabiqə 1-10 noyabr tarixləri arasında keçiriləcək.

Müsabiqədə ilk 3 yerə çıxmış qaliblər sertifikat və hədiyyələrlə
mükafatlandırılacaqlar:
Birinci yer qalibinə qol saatı, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri, Azərbaycan bayrağı və növbəti sınaq imtahanımızda iştirak edə bilməsi üçün imtahan bileti;
İkinci yer qalibinə boya dəsti, sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri və Azərbaycan bayrağı;
Üçüncü yer qalibinə sertifikat, kitab dəsti, “Güvən” nəşriyyatı qələmi, “Güvən” nəşriyyatı dəftəri və Azərbaycan bayrağı hədiyyə ediləcək.
Qaliblərin çəkdiyi rəsmlər həm də növbəti sınaq imtahanımızda sual kitabçalarında çap edilməklə yanaşı, şagirdin adı, soyadı, şəkli, oxuduğu məktəb və sinif qeyd edilməklə sosial şəbəkələrimizdə də paylaşılacaq.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.