Xəbərlər

Xarıbülbül azaddır!

İllərdir davam edən həsrət başa çatır. Əlimizdən alınan torpaqlarımızı qarış-qarış azad edir, geri qaytarırıq. Mübarizəmiz asan olmasa da şərəflidir. Qanımız-canımız bahasına çıxmışıq bu yola. Hər birimizin dilində əzbər olan, Əhməd bəyin “Səndən ötrü can verməyə cümlə hazırız!” sözləri Üzeyir bəyin musiqisi ilə ruhumuza işləmiş, qanımıza hopmuşdur – mübarizə əzmimizi artırmışdır.
Əlbət ki qələbə itkilərsiz də olmur. Bizə öyrədilən də bu deyildimi?! “Torpaq uğrunda ölən varsa VƏTƏNDİR!” Şəhidlərimizin ruhu şad olsun. Bu qurbanları ilə qələbə sevincini bizlərə yaşadan hər kəsə minnətdarıq. Sanmayın ki alov hara düşsə oranı yandırar. Xeyr! Əsla! Alov hara düşsə bizi də yandırar. Həyat fəlsəfəmiz, qayəmiz bu istiqamətdədir. Bu qələbədə hər birimizin payı var. Ön cəbhədə döyüşən hərbçilərimizin də, onları yetişdirib boya-başa çatdıran valideynlərin də, onlar üçün dua edən yarların da, onları bu ruhda yetişdirən muallimlərin də, arxa cəbhədə bu qələbə uğrunda əməyini əsirgəməyən tanıdığımız və tanımadığımız gizlin qəhrəmanların da.. Sadalamaqla bitməz bu siyahı. Amma bildiyimiz tək şey çıxdığımız bu yolun Haqq yol olduğudur. Allah bu Haqq yolda bizləri müzəffər eləsin!

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.