Xəbərlər

Tələbə adınız xeyirli olsun.

Bir qəbul marafonu da yekunlaşdı. Heç kim asan olacağını söyləməmişdi. Nəticəsi gözəl, dəyərli olan hər bir şey üçün mübarizə aparmaq, əziyyət çəkmək, səbr və yekunda təvəkkül etmək lazımdır. Builki yarış isə ötən illərdəkindən daha fərqli, daha çətin oldu. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə əzmini itirməyən, müsbətyönümlü nəticəyə fokuslanan, əziyyət çəkib və təvəkkül edənlər çəkdikləri əziyyətin misli ilə qarşılığını gördü. Həyatda əhəmiyyətli hesab edilən bir döngəni də arxada qoyaraq TƏLƏBƏ adını qazandılar. Bu qazanma yolunda əziyyəti keçən hər kəsə - görünən və görünməz qəhrəmanlara gözaydınlığı verir, yeni bir başlanğıca imza atan abituriyentləri canü-könüldən təbrik edirik. Uğurlarınız daim olsun. Allah müvəffəq eləsin.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.