Nəşrlərimiz

Azərbaycan dili toplu – 7-8-ci sinif

Hər bir sinfin – mərhələnin şagirdə qazandırdığı müəyyən bilik və bacarıqlar vardır. Əgər aşağı siniflərdən şagird hər hansı mövzunu yaxşı mənimsəyərsə, bu, növbəti mərhələdə də ona kömək olar, yeni-yeni biliklərə yiyələnməsini asanlaşdırar. Çünki hər hansı mövzu bu və ya digər dərəcədə əvvəlki ilə müəyyən bağlılıq təşkil edir. Buna görə də şagirdlər hər sinfin onlara verdiyi bilik və bacarıqları mənimsəməli, əldə etdikləri məlumatları təkcə yadda saxlamaqla kifayətlənməməli, onları tətbiq etməyi bacarmalıdırlar.

         Bütün bunlar nəzərə alınaraq, VII və VIII siniflərin şagirdləri üçün orta məktəbin tədris proqramına və fənn kurikulumuna uyğun olaraq Azərbaycan dilindən tapşırıqlar toplusu hazırlandı. Burada yer alan açıq tipli tapşırıqlar şagirdlərin öyrəndiklərini möhkəmlətməsinə və bacarıqlarını nümayiş etdirməsinə kömək edəcək. Eyni zamanda qapalı tipli test tapşırıqları bilik və bacarıqlarını yoxlamağa imkan verəcək.

         Əziz şagirdlər, bu toplunun sizlərə faydalı olacağı ümidi ilə hər birinizə uğurlar arzulayırıq.


© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.