Nəşrlərimiz

Azərbaycan dili vəsait – 5-8-ci sinif

Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur. Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır.
“Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq, bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir.
Bu vəsaitdə orta məktəb dərsliyində verilmiş “dil qaydaları” geniş təfsilatı ilə aydın şəkildə izah olunmuş, hər mövzuya uyğun testlər verilmişdir. Bu da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Vəsait orta məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox pratik kitabdır.
İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 8-ci sinif şagirdləri üçün faydalı olacaqdır.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.