Nəşrlərimiz

Azərbaycan dili vəsait – 8-ci sinif

Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış
birinin həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə
çalışmaqla olmur. Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir.
Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır.
“Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı
olmaq, bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki
kitab həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir.
Bu vəsaitdə orta məktəb dərsliyində verilmiş “dil qaydaları” geniş təfsilatı ilə
aydın şəkildə izah olunmuş, hər qaydaya uyğun 5 çalışma verilmişdir. Orta məktəb
dərsliyinin bölmələrinə uyğun KSQ materialları da yer almışdır. Bu da sizin həmin
mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Əlavə
olaraq, kitabın sonunda 25 suallıq 7 sınaq nümunəsi də verilmişdir. Vəsait orta
məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox əlverişli kitabdır.
Vəsaitdə əlavə olaraq, mətn üzərində işləmə bacarığını inkişaf etdirmək üçün bir
çox məlumatlar və 9-cu sinif buraxılış imtahanına hazırlıq üçün 2 sınaq nümunəsi
də verilmişdir.
İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 8-ci sinif şagirdləri üçün
faydalı olacaqdır.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.