Nəşrlərimiz

Azərbaycan dili vəsait - 2-ci sinif

Əziz şagirdlər!

                Sizə təqdim olunmuş bu kitab orta məktəb dərsliyi əsasında hazırlanmış dərs vəsaitidir. Bu vəsaitin hazırlanmasındakı məqsəd orta məktəbdə öyrəndiyiniz bilik və bacarıqlarınızı daha da möhkəmlətməkdir. Vəsaitdə hər bir mövzu – dil qaydası anlaşıqlı dildə izah edilmişdir. Öyrəndiklərinizi tətbiq etmək üçün hər bir mövzuya aid çalışmalar və test tapşırıqları verilmişdir. Hər bölmənin sonunda “şəkillərlə öyrənək” rubrikası yer alır. Bu rubrikada sizlər ictimai həyatınızdakı bəzi bilikləri şəkillərlə öyrənəcəksiniz. Son olaraq bütün öyrəndiklərinizi yoxlamaq məqsədilə vəsaitə 15 suallıq sınaqlar da əlavə edilmişdir.

                Ümid edirik ki, bu vəsait Ana dilimizi dərindən öyrənmək üçün sizlərə çox faydalı olacaqdır. Hər birinizə uğurlar arzu edirik.



© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.