Haqqımızda

"Güvən" Nəşriyyatı MMC 2014-cü ildən fəaliyyətə başlamışdır.

Bu fəaliyyət dövrü ərzində bir çox nəşrlərin müəllifliyinə imza atmış nəşriyyatımız hal-hazırda Abituriyent, Təkmilləşdirmə və İbtidai seriyaları üzrə ümumilikdə 56 adda nəşrə sahibdir. Təhsilin ilkin pillələrindən başlayaraq, şagirdlərə çıxdıqları bu məsuliyyətli yolda dəstək olmağa çalışan nəşriyyatımız fərqli üslubda və keyfiyyətli məzmunda hazırlanmış vəsaitləri ilə hər kəsin könlündə yer tutmağı bacarmışdır. Mütəmadi olaraq keçirdiyimiz aylıq sınaq imtahanlarımız isə orta məktəb şagirdləri, xüsusən də abituriyentlər üçün əvəzedilməz köməkçi rolunu oynayır. İbtidai və təkmilləşdirmə seriyamız üzrə bütün nəşrlərimiz, həmçinin sınaq imtahanlarımız orta məktəbin ən son nəşrləri əsasında tərtib edilir və şagirdlərin bilik səviyyəsini həm möhkəmləndirməyə, həm də ölçməyə yaxından kömək olur. Abituriyent hazırlığı üçün olan nəşrlərimiz və sınaqlarımız da keyfiyyəti ilə istər müəllimlər, istərsə də 9-11-ci sinif şagirdləri tərəfindən rəğbətlə qarşılanır və sevilərək istifadə edilir. Bütün bu uğurlarımızın təməlində isə, təbii ki, peşəkar və təcrübəli kollektivimiz dayanır. Sizlərin də rəğbət , maraq və təkliflərinizdən aldığımız dəstəklə hər zaman yenilənmiş üslubda sizlərə xidmət etməyi öhdəmizə götürürük.

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.